"AvtoVAZ" 4 minə yaxın "Lada Granta" avtomobilini geri çağırır

"AvtoVAZ" 4 minə yaxın "Lada Granta" avtomobilini geri çağırır
# 07 oktyabr 2019 16:17 (UTC +04:00)

Rusiyanın "AvtoVAZ" ASC 4 minə yaxın "Lada Granta" avtomobil modelini geri çağırır.

"APA-Economics"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, buna səbəb sözügedən avtomobillərdə əyləc sisteminin vakuum gücləndiricisində qeydə alınmış problemdir.

"AvtoVAZ"ın Azərbaycandakı baş idxalçısı və rəsmi distributoru olan "Xəzər-Lada" şirkətindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, geri çağırılma Azərbaycana aid deyil. Belə ki, ölkəyə idxal olunan bütün "Lada" avtomobilləri öncədən diqqətlə yoxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR