Aydın Kərimov: Şuşada xəstəxananın tikintisi davam edir, məktəbin yeni tədris ilində açılışı gözlənilir

Aydın Kərimov: Şuşada xəstəxananın tikintisi davam edir, məktəbin yeni tədris ilində açılışı gözlənilir
# 07 iyun 2023 13:54 (UTC +04:00)

"Cənab Prezidentin tapşırıqlarından ən vacibi tezliklə yaşayış binalarının tikintisini başa çatdırmaq və şuşalı həmvətənlərimizin öz doğma evlərinə qayıtmasına şərait yaratmaqdır".

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“İndi xəstəxananın tikintisi sürətlə davam edir. Məktəbin yeni tədris ilində, 15 sentyabrda açılışı gözlənilir. Bu sahədə də işlər sürətlə davam etdirilir. Hədəf olaraq ilk yaşayış kompleksi 450 mənzildən ibarət olacaq. Bu isə o deməkdir ki, ilin sonuna, növbəti ilin əvvəlinə qədər yüzlərlə ailə Şuşaya köçürüləcək. Bu gün siyahılarla aidiyyəti qurumlarla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi çox detallı iş aparır, Şuşa Rayon İcra Hakimiyyəti ilə birgə işləyirik. Dürüstləşmə gedir və çalışırıq ki, köçürüləcək əhalinin hər bir ailə üzvündən heç bir olmasa biri burada işlə təmin olunsun”, - o vurğulayıb.

Aydın Kərimov qeyd edib ki, hər bir azad olunmuş regionun, şəhərin öz iqtisadi profili var. Onlara uyğun məşğulluq layihələri işlənilir, proqramı tutulur: “Şuşanın da özünəməxsus profili olacaq, daha çox turizm infrastrukturu, mədəniyyət yönümlü obyektlərin idarə olunması, eyni zamanda, dövlət qurumlarının da burada böyük fəaliyyəti olacaq. Məsələn, artıq təmirinə başladığımız dövlət xidmətləri mərkəzində gələn ilin əvvəlində 4 mühüm qurum fəaliyyətə başlayacaq. Bununla bağlı da artıq hazırlıq işləri görülür. Hotelçilik, özəl sektorların cəlb olunması işləri də gedir. Burada qısa zamanda məşğulluq üçün münbit şərait yaradılacaq”.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR