AYİB: Azərbaycanda urbanizasiya səviyyəsi 55%-ə yaxınlaşıb

AYİB: Azərbaycanda urbanizasiya səviyyəsi 55%-ə yaxınlaşıb
# 21 oktyabr 2019 15:40 (UTC +04:00)

Azərbaycanda 2017-ci ildə şəhər əhalisinin səviyyəsi ümumi əhalinin təxminən 55%-i təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Yaşayış üçün əlverişli şəhərlərin salınması: regional perspektivlər" adlı yeni hesabatına deyilir.

Hesabatda bölgədəki digər ölkələr üzrə də məlumatlar əks olunub. Məsələn, Gürcüstanda urbanizasiya səviyyəsi təxminən 60% təşkil edib.

Azərbaycanda şəhər əhalisinin artım tempinə gəldikdə, hesabata əsasən, 2017-ci ildə bu göstərici təxminən 2%-ə çatıb. Ermənistan və Gürcüstanda 2017-ci ildə urbanizasiya templəri daha aşağı olub – müvafiq olaraq 0,6% və 0,2%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR