AYİB Azərbaycanın liman infrastrukturunun inkişaf imkanlarını araşdırır

AYİB Azərbaycanın liman infrastrukturunun inkişaf imkanlarını araşdırır
# 09 sentyabr 2022 15:04 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB-EBRD) Azərbaycanın liman infrastrukturunun inkişaf imkanlarını araşdırır.

Bu barədə Azərbaycana səfər öncəsi “APA-Economics”ə eksklüziv müsahibəsində Bankın prezidenti Odile Renaud-Basso bildirib.

"Biz görürük ki, beynəlxalq daşıyıcılar getdikcə öz tranzit marşrutlarını şaxələndirməyə çalışırlar, Orta Dəhliz vasitəsilə daşımalara tələbat əhəmiyyətli dərəcədə artır. AYİB Mərkəzi Asiyanı Qafqazla əlaqələndirməkdə iştirak edən özəl və ya suveren müştərilərini fəal şəkildə dəstəkləyir. İstər Bakı yaxınlığındakı anbar, istər Gürcüstanda liman infrastrukturu, istərsə də Qazaxıstanda dəmir yolları",- deyə AYİB prezidenti qeyd edib.

O həmçinin deyib ki, AYİB ölkənin tranzit imkanlarını artırmaq üçün Azərbaycanda 5 min tonluq anbarı maliyyələşdirib. Xəzərin o biri tərəfində, Bank bu yaxınlarda Qazaxıstan dəmir yollarına, o cümlədən dəmir yolu yükdaşıma marşrutlarının modernləşdirilməsinə 100 milyon ABŞ dollarına qədər sərmayə qoymağı öhdəsinə götürüb. "Hazırda biz Aİ-nin Flaqman Təşəbbüsləri çərçivəsində Azərbaycanın liman infrastrukturunu inkişaf etdirmək imkanlarını araşdırırıq",-deyə Odile Renaud-Basso əlavə edib.

Qeyd edək ki, AYİB prezidenti Odile Renaud-Basso ilə olan geniş müsahibə ilə bu linkdən tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR