AYNA-nın sahibkarlıq subyektlərinə göstərdiyi bir sıra xidmətlər yeni ünvanda təşkil ediləcək

AYNA-nın sahibkarlıq subyektlərinə göstərdiyi bir sıra xidmətlər yeni ünvanda təşkil ediləcək
# 16 yanvar 2023 15:17 (UTC +04:00)

Daşıyıcılar beynəlxalq yük daşımaları üçün tələb olunan bölgü nəticəsində onlara ayrılmış “İcazə” blanklarını bundan sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşlarından təhvil ala biləcəklər.

APA-Economics” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin yaydığı məlumata istinadən xəbər verir ki, AYNA “Bakı KOB evi”ndə, həmçinin iriqabaritli yüklərin daşınması üçün icazə, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi xidmətləri də göstərəcək.

“Bakı KOB evi”nin ünvanı: Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR