​​​​​​​Azad edilmiş ərazilərdə ilkin invertarlaşma işləri tamamlanıb

# 17 mart 2023 11:02 (UTC +04:00)

Azad edilmiş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin invertarlaşdırılması və mühafizəsi ilə bağlı tədbirlər davam etdirilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Xocalı, Kəlbəcər və Laçın rayonlarında ilkin invertarlaşma işləri tamamlanıb, 12,3 min ədəd tikili, 1,8 min ədəd infrastruktur obyekti olmaqla, ümumilikdə 14,1 min ədəd daşınmaz əmlakın çöl invertarlaşma işləri tamamlanıb.

1,6 min km avtomobil yolunun, 292 km elektrik verilişi, 45 km qaz təchizatı, 19 km su təchizatı xətlərinin, 249 km suvarma şəbəkəsi xətlərinin ilkin invertarlaşdırılması başa çatdırılıb, 849 min hektar torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq, elektron məlumat bazasına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR