Azad edilmiş ərazilərdə işçi və hərbi kontingent üçün 24 layihə müəyyən edilib

# 17 mart 2023 11:24 (UTC +04:00)

Azad edilmiş ərazilərdə işçi və hərbi kontingentin zəruri ehtiyaclarının ödənilməsi məqsədilə birinci mərhələdə 24 layihə müəyyən edilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Kəlbəcər və Laçın rayonları istisna təşkil edir. Həmin layihələrdən 11-nin fəaliyyətinin təşkili məqsədilə sahibkarlıq subyektləri ilə aidiyyəti qurumlar arasında icarə müqaviləsi imzalanıb. 11 layihədən 5-i artıq fəaliyyət göstərir və vergi uçotuna alınıb. 10 layihə üzrə müqavilələrin bağlanması istiqamətində iş aparılır. 3 layihənin icrası infrastrukturdan asılı olaraq qeyri-müəyyən müddətə təxirə salınıb. Digərləri ilə bağlı sənədləşmə işləri həyata keçirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR