Azad edilmiş ərazilərdəki layihələrdə Naxçıvanda istehsal olunan məhsullardan istifadə təşviq ediləcək

Azad edilmiş ərazilərdəki layihələrdə Naxçıvanda istehsal olunan məhsullardan istifadə təşviq ediləcək
# 05 iyun 2023 15:30 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullardan istifadə təşviq ediləcək.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə 2023-2027-ci illərdə istehsal olunan
məhsullardan işğaldan azad edilmiş ərazilərdə istifadə olunmasını və yekun nəticədə məhsul istehsalının artması, infrastrukturun genişlənməsi, məşğulluğun artmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR