Bakı-Şuşa və Bakı-Ağdam avtobuslarına biletlərin qiyməti açıqlanıb - VİDEO

Bakı-Şuşa və Bakı-Ağdam avtobuslarına biletlərin qiyməti açıqlanıb - VİDEO
# 18 yanvar 2022 11:26 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm marşrut avtobuslarına biletlərin qiymətləri açıqlanıb.

APA-Economics”in məlumatına görə, belə ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı - 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) - 7 manat, Bərdə-Ağdam-Bərdə (express) - 5 manat, Füzuli BHL - Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edəcək.

Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR