AZAL: Bakı-İstanbul axşam reysi ləğv edilib  - YENİLƏNİB - VİDEO

AZAL: Bakı-İstanbul axşam reysi ləğv edilib  - YENİLƏNİB  - VİDEO
# 24 yanvar 2022 21:23 (UTC +04:00)

İstanbula yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə məlumatı Azərbaycan Hava Yollarının mətbuat xidməti yayıb.

Qeyd olunub ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.

***

17.14

İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İstanbul-Bakı reysi gecikir.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.

Məlumata görə, İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan Bakıya yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR