AZAL Gürcüstanda 209 415 sərnişinə xidmət göstərib

AZAL Gürcüstanda 209 415 sərnişinə xidmət göstərib
# 16 yanvar 2023 13:13 (UTC +04:00)

Azərbaycan Hava Yolları şirkəti (AZAL) 2022-ci ildə Gürcüstan aviasiya bazarında 209 415 sərnişinə xidmət göstərib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, ötən il AZAL-ın Gürcüstanın aviasiya bazarında sərnişin daşımaları üzrə payı 5% təşkil edib. Şirkət bu göstərici ilə Gürcüstanda müntəzəm və çarter uçuşları həyata keçirən aviaşirkətlərin ilk onluğunda 6-cı pillədə qərarlaşıb.

Gürcüstan aviabazarının lideri isə Macarıstanın lou-kost “Wizz Air” aviaşirkəti şirkəti olub. Sərnişin daşımaları üzrə bazar payı 13% olan aviaşirkət ötən il Gürcüstanda 588 226 sərnişinə xidmət göstərib. İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq “Turkish Airlines” (12%-546 895 sərnişin) və “Pegasus” (9%-408 780 sərnişin) qərarlaşıb.

Ötən il 148 612 sərnişinə xidmət edən Gürcüstan Hava Yolları isə ilk onluqda 9-cu pillədə qərarlaşıb. Onun Gürcüstan aviabazarında payı cəmi 3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR