AZAL-ın Bakı-Moskva reysinin uçuşu texniki səbəbdən gecikir

AZAL-ın Bakı-Moskva reysinin uçuşu texniki səbəbdən gecikir
# 15 avqust 2022 09:58 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR