AZAL-ın uçuş heyətinin yığıncağı keçirilib - FOTO

AZAL-ın uçuş heyətinin yığıncağı keçirilib - FOTO
  • Clock-gray 15:55
  • calendar-gray 07 Noyabr 2019

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuş heyətinin ənənəvi ümumi yığıncağı keçirilib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən AZAL prezidenti Cahangir Əsgərov qeyd edib ki, Azərbaycanın milli aviadaşıyıcısı həyata keçirdiyi etibarlı, səmərəli və rahat sərnişin daşımaları ilə beynəlxalq nüfuz qazanıb. Azərbaycan sonuncu Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal rəqabət qabiliyyəti” hesabatına görə, Fransa, Almaniya, Böyük Britaniya, Avstriyanı və digər inkişaf etmiş ölkələri qabaqlayaraq Hava Nəqliyyatının Səmərəliliyi İndeksində 141 ölkə arasında 12-ci yeri tutub.

AZAL prezidenti uçuş heyətinə göstərdikləri yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafına verdikləri töhfə üçün təşəkkürünü bildirib.

“Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, mülki aviasiyanın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təmin edilməsidir. Pilotlarımız bu tapşırığı yüksək səviyyədə yerinə yetirirlər və bu gün onları haqlı olaraq dünyanın ən peşəkar pilotlarından hesab edirlər", - deyə C. Əsgərov bildiribş.

Tədbir uçuşların təhlükəsizliyinin artırılması, müasir təyyarələrin istismarı, yeni texnologiyaların tətbiqi, uçuş heyətinin kvalifikasiyasının artırılması və s. kimi mövzuların müzakirəsi ilə davam etdirilib.

AZAL prezidenti fərqlənmiş pilotları mükafatlandırmış, onlara xatirə hədiyyələr təqdim edib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date