AZAL İstanbul və Dubay istiqamətləri üzrə genişgövdəli hava gəmiləri ayırır

AZAL İstanbul və Dubay istiqamətləri üzrə genişgövdəli hava gəmiləri ayırır
# 01 iyun 2022 18:06 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı şəhərindən tələbatın daha çox olduğu istiqamətlər üzrə - Dubay və İstanbul şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli hava gəmiləri ayırır.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bakı-Dubay-Bakı və Bakı-İstanbul-Bakı marşrutları üzrə həyata keçirilən reyslərə tələbatın artması ilə əlaqədar, AZAL iyunun 15-dən sentyabrın 15-dək müddət ərzində böyük tutumlu hava gəmilərindən istifadə edəcək.

15 iyundan etibarən aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportundan Dubay şəhərinə Boeing 767, İstanbul şəhərinə isə Boeing 787 (Dreamliner) tipli genişgövdəli hava gəmiləri ilə uçuşlar yerinə yetirməyə başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR