Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır. Bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür.
"APA-Economics" xəbər verir ki, bu “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırıb.
AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir.
Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur.
AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur.
“Azərbaycan Hava Yolları” QSC qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır.
Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik.
AZAL vətəndaşları diqqətli olmağa çağırıb
04 avqust 2022 16:32 (UTC +04:00)
İnfrastruktur
“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO
11:05
19 aprel 2024
Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatar reysləri artırılıb
11:00
19 aprel 2024
Azərbaycanın güc strukturları Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” tədbirdə iştirak edir
10:45
19 aprel 2024
Yevlaxda 71% genişzolaqlı internetə çıxış təmin edilib
10:19
19 aprel 2024