"Azərbaycan Dəmir Yolları" beynəlxalq quruma üzv seçilib

"Azərbaycan Dəmir Yolları" beynəlxalq quruma üzv seçilib
# 19 sentyabr 2019 15:55 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının (TDƏŞ) üzvü seçilib.

APA-Economics”in QSC-ə istinadən verdiyi məlumata görə, qərar Nur-sultan şəhərində keçirilən TDƏŞ-nın XXVIII plenar iclası zamanı verilib.

“Azərbaycan Dəmir Yolları” QSC tədbirdə Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyət ilə təmsil olunub.

Qeyd edək ki, Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurasının yaradılması haqqında Bəyannamə 1993-cü ildə Moskvada imzalanıb. Hazırda Şurada 100-ə yaxın şirkət, o cümlədən 24 ölkənin - Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, Çin, Çexiya, İsveçrə, İsveç, Koreya Respublikası, Latviya, Litva, Macarıstan, Monqolustan, Norveç, Polşa, Qazaxıstan, Rusiya, Slovakiya, Ukrayna və Yaponiyanın dəmir yolları, dəniz limanları, nəqliyyat və logistika, sığorta, konsaltinq, informasiya texnologiyaları şirkətləri, mühafizə və istehsal müəssisələri, milli operator və ekspeditor assosiasiyaları təmsil olunmaqdadır. Şuranın əsas vəzifəsi Transavrasiya marşrutlarına əlavə yük həcmini cəlb etmək məqsədilə Avropa-Asiya bağlantısında yük daşınması iştirakçılarının fəaliyyətini əlaqələndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR