"Azərbaycan Dəmir Yolları" BTQ ilə sərnişindaşımaların gecikməsinin səbəbini açıqlayıb

"Azərbaycan Dəmir Yolları" BTQ ilə sərnişindaşımaların gecikməsinin səbəbini açıqlayıb
# 29 iyul 2019 13:45 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşınmalarına başlamağa hazırdır, lakin daşınmaların başlanması Gürcüstan və Türkiyə tərəflərinin hazırlığından asılıdır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, bu xətt üçün alınan qatarlar artıq Bakıdadır və QSC Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişindaşımaları həyata keçirməyə hazırdır. Buna baxmayaraq, hər şey Azərbaycan tərəfindən asılı deyil, marşrutun başqa iştirakçıları da bu prosesə start verməyə hazır olmalıdırlar.

BTQ vasitəsilə sərnişin daşınmasına başlamaq üçün bir sıra məsələlər, o cümlədə gömrük məsələləri də həll olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR