"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir
  • Clock-gray 14:40
  • calendar-gray 20 Sentyabr 2019

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yolların əsaslı təmir olunması çərçivəsində 39 ədəd yoldəyişən qurğunu təzələnib.

QSC-dən “APA-Economics”ə verilən məlumata əsasən, dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yolların əsaslı təmir olunması bu xəttə daxil olan digər qurğu və mexanizmlərin, eləcə də ayrı-ayrı təsərrüfat sahələrinin yenidən qurulması zərurətini ortaya qoyub. Hazırda bu istiqamətdə əsaslı layihələr həyata keçirilir ki, bu da hərəkət sistemi ilə sırf əlaqəli olan təsərrüfat sahələrini əhatə edir.

Məlumata əsasən, avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır.

“Qısa müddət ərzində 39 ədəd yoldəyişən qurğunu təzələməyə nail olan yol təsərrüfatı işçiləri bu gün Poylu  stansiyasında  9 ədəd yeni qurğunun  qoyuluşunu həyata keçirirlər. Eyni zamanda Dəllər stansiyasında da 10 ədəd yoldəyişənin təzələnməsi prosesi davam etdirilir”, - deyə QSC-dən bildirilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date