“Azərbaycan Dəmir Yolları” kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı vaqon sayını artırır

“Azərbaycan Dəmir Yolları” kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı vaqon sayını artırır
# 14 noyabr 2022 11:16 (UTC +04:00)

Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı coğrafiyasının genişlənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində məhsulların ixracında ümumən müsbət artım tendensiyası müşahidə olunmaqdadır.

APA-Economics” “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsulları olaraq xurma, alma kimi məhsullar mövsümi xarakter daşıdığından şimal istiqamətində bu tipli daşımalarda artım qeydə alınıb. Həm yerli, həm də tranzit yük maşınları ilə bağlı yaranmış sıxlıqla əlaqədar dəmir yol nəqliyyatı ilə bu daşımalarda istifadə olunan qapalı vaqonlara olan tələbat artıb.

Məlumat üçün qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin şimal istiqamətində yerləşən stansiyalarından Rusiya Federasiyası istiqamətində ixrac olunan kənd təsərrüfatı məhsullarının daşınmasına əvvəlki dövrlərdə olduğu kimi ümumilikdə 358 vaqon cəlb edilib. Yaranmış sıxlıqla əlaqədar olaraq qısa zaman ərzində digər marşrutlarda istismar olunan 30 ədəd vaqon kənd təsərrüfatı məhsullarının daşınması üçün ayrılıb.

“Azərbaycan Dəmir Yolları” QSC hazırda ixrac olunan kənd təsərrüfatı məhsullarının daşınmasında yaranmış sıxlığın qarşısının alınması məqsədilə əlavə əməliyyat tədbirləri görməkdədir. Belə ki, hazırda bu istiqamətdə prioritet tədbirlər çərçivəsində qısa marşrutlardan istifadəyə üstünlük verilməsi planlaşdırılır ki, bu da öz növbəsində qeyd olunan marşrut üzrə yük əməliyyatının sürətlənməsinə və vaqon dövriyyəsinin 2-3 dəfəyə qədər artmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR