"Azərbaycan Dəmir Yolları" və Dünya Bankı əməkdaşlıq perspektivlərini müzakirə edib

"Azərbaycan Dəmir Yolları" və Dünya Bankı əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Clock-gray 17:51
  • calendar-gray 25 Sentyabr 2019

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə ediliblər.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, beynəlxalq və regional nəqliyyat layihələrinin tam gücü ilə işləməsi üçün həyata keçirilən irihəcmli işlər  barədə qonağa ətraflı məlumat verib.

Məlumata əsasən, sonra Dünya Bankı ilə QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xətti sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı, cari ilin 16-24 iyul tarixlərində DB-nın layihə ilə bağlı  ölkəmizdə olan faktaraşdırıcı missiyanın səfərinin nəticələri, “Azərbaycan Dəmir Yolları” QSC-də İdarəetmənin təkmilləşdirilməsi, İnstitusional islahatların aparılması və yüksək əməliyyat effektivliyinə nail olunması  istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə müzakirələr aparılıb.

S. Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date