Azərbaycanın milli domen zonasında (".az") 38 655 internet resursu qeydə alınıb.
"APA-Economics"in WHOIS portalının hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci il ərzində ".az" domenində qeydiyyatdan keçən saytların sayı 2020-cu ilin göstəricisi ilə müqayisədə 7,5% artıb.
Qeydə alınan saytların ümumi sayının 36 110-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2021-cu ilin əvvəlində olan göstəricini 7,3% üstələyir. Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə 1 397 sayt qeydiyyatdan keçib. Bu göstərici 2020-cu ilin göstəricisini 5,1% üstələyir.
Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 538 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 14,2% çoxdur. Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:
Domen |
Qeydiyyatdan keçən saytlar |
pro.az |
1 |
name.az |
13 |
biz.az |
28 |
pp.az |
21 |
int.az |
29 |
net.az |
80 |
info.az |
111 |
co.az |
147 |
org.az |
180 |
Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.