Azərbaycanda dövlət qurumları üzrə rəqəmsal transformasiya reytinqi hazırlana bilər

Azərbaycanda dövlət qurumları üzrə rəqəmsal transformasiya reytinqi hazırlana bilər
# 18 sentyabr 2019 15:24 (UTC +04:00)

Azərbaycanda elə dövlət qurumları var ki, rəqəmsal transformasiya üzrə əhəmiyyətli nəticələr əldə ediblər, elələri də var ki, geridə qalır.

Bunu “APA-Economics”ə IDC (International Data Corporation) beynəlxalq tədqiqat və konsaltinq şirkətinin Orta Asiya, Monqolustan və Azərbaycan üzrə regional direktoru Andrey Beklemişev deyib.

Onun sözlərinə görə, hələ bu sahədə dövlət qurumları arasında qiymətləndirmə, dərin araşdırmalar və müqayisələr aparılmayıb, ona görə də hələlik hansı dövlət qurumunun birinci, hansının isə sonuncu yeri tutduğunu demək çətindir.

“Burada hər şey, əlbəttə ki, dövlət sektorunun hazırlığından və nə dərəcədə açıq olduğundan asılıdır. Bəllidir ki, reytinqdə birinci və axırıncı yeri tutanlar olur. Söhbət ondan gedir ki, təşkilatlar özlərini axırıncı yerdə görmələrinə hazırdırlarmı? Bizim bu məsələyə baxışımız fərqlidir. Belə ki, əgər hər hansı müəssisə sonuncu yerdə qərarlaşırsa, bu o deməkdir ki, onun inkişaf etməsinə imkanlar mövcuddur. Rəqəmsallığın dərəcəsi üzrə yüksək pillələrdə yer tutan qurumlarda isə ilk növbədə bu liderliyi qoruyub saxlamaları çətinləşir, digər tərəfdən isə texnoloji imkanların mövcud olmamağı onlara daha da inkişaf etməyə imkan vermir”, - deyə A. Beklemişev qeyd edib.

IDC-nin rəsmisi əlavə edib ki, bu qiymətləndirməni aparmaq üçün onun təmsil etdiyi təşkilatda zəruri metodologiya mövcuddur və bu metodologiya rəqəmsal transformasiyanın nüfuzunu həm nazirlikləri bir biri ilə, həm də digər ölkələrdə fəaliyyət göstərən müvafiq qurumlarla müqayisə etməyə imkan verir.

“Burada söhbət rəqəmsal transformasiya üzrə reytinqdən gedir. Dünya üzrə istifadə olunan bu metodologiya enerji, təhsil, səhiyyə və s. sektorların qiymətləndirilməsində istifadə olunur. Məsələn biz “ağıllı səhər”in yetkinlik səviyyəsinin qiymətləndirməsi modelini dünya üzrə 600-dək şəhərdə apardığımız araşdırmalarda istifadə etmişik. Bu bizə imkan verib ki, bu sahədə vəziyyəti müəyyən edək. Eyni qaydada bu metodologiyanı dövlət qurumlarda rəqəmsal transformasiyanın səviyyəsinin ölçməsi üçün də istifadə etmək mümkündür”, - deyə A. Beklemişev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR