Azərbaycan dövlət strukturları tərəfindən kibertəhlükəsizliklə bağlı edilən sorğuların sayı artıb

Azərbaycan dövlət strukturları tərəfindən kibertəhlükəsizliklə bağlı edilən sorğuların sayı artıb
  • Clock-gray 11:17
  • calendar-gray 10 Avqust 2019

Bu ilin iyul ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı iyun ayı ilə müqayisədə 31,2% artaraq 353 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, iyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 94%-nə baxılıb və təmin edilib. 

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 20 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin iyul ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 3 subdomen qeydiyyatdan keçib.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2229 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,8%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 139 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib. Yanvar-iyul ayları ərzində Azərbaycanın internet seqmentində 24 domen və 44 subdomen qeydiyyata alınıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date