Azərbaycan dövlət strukturları tərəfindən kibertəhlükəsizliklə bağlı sorğuların sayı azalıb

Azərbaycan dövlət strukturları tərəfindən kibertəhlükəsizliklə bağlı sorğuların sayı azalıb
# 01 iyul 2019 12:54 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı may ayı ilə müqayisədə 22,2% azalaraq 269 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, iyun ayı ərzində mərkəzə daxil olan sorğulardan 90,3%-nə baxılıb və təmin edilib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 18 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin iyun ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 5 subdomen qeydiyyatdan keçib.

Ümumilikdə, cari ilin yanvar-iyun ayının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1 876 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,7%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 119 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib. Yanvar-iyun ayları ərzində Azərbaycanın internet seqmentində 22 domen və 41 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR