İstifadədə olan iki il ərzində “Azərbaycan” gəmi-bərəsi ilə ümumilikdə 322 reys həyata keçirilib və 1 073 vaqon, 2 596 ədəd minik avtomobili, 10 175 ədəd yük avtomobili (TIR) daşınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə gəmi ilə 11 159 nəfər sərnişin daşınıb.
Qeyd edək ki, "Azərbaycan" gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib.
Xatırladaq ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilən gəmi-bərə 1 mart 2021-ci ildə istifadəyə verilib.