Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzitin sadələşdirilməsi üçün razılaşma imzalaya bilər

Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzitin sadələşdirilməsi üçün razılaşma imzalaya bilər
# 19 may 2022 11:56 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Qazaxıstanın gömrük orqanları arasında tranzitin sadələşdirilməsi sahəsində razılaşmanın imzalanması beynəlxalq yükdaşımalarına müsbət təsir göstərəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması idarəsinin rəis müavini Samir Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının perspektiv inkişafı"na həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, sözügedən razılaşma layihəsi üç olkənin iştirakı ilə 2016-cı ildə hazırlanıb, lakin hələ də imzalanmayıb.

Samir Qaralov qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan sənədi imzalamağa hazırdı. O, TRACECA rəhbərliyinə müraciət edərək, Qazaxıstanın da bu prossesə cəlb edilməsinə kömək etməyə çağırıb.

Samir Qaralov vurğulayıb ki, bu razılaşmanın imzalanması TRACECA koridoru çərçivəsində daşıyıcıların işinin 100% yaxşılaşmasına və sadələşməsinə böyük töhfə verəcək.

Qeyd edək ki, konfrans TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru), USAID və KAZLOGISTICS tərəfindən təşkil edilmiş və 16-22 may tarixlərini əhatə edən Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) çərçivəsində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR