Azərbaycan İƏT-in “1-ci Robototexnika yarışması”nda təmsil olunub

Azərbaycan İƏT-in “1-ci Robototexnika yarışması”nda təmsil olunub
# 31 oktyabr 2019 19:22 (UTC +04:00)

Oktyabrın 27-31 tarixlərində Özbəkistanın Daşkənd şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində gənclər arasında “1-ci Robototexnika yarışması” keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya verilən məlumata görə, yarışlar 2 kateqoriya – “ROBOT SUMO” və “ROBOT FUTBOL” kateqoriyaları üzrə təşkil olunub.

“1-ci Robototexnika yarışması”nda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi və AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə hazırlanan komanda təmsil edib.

AREA-nın təsisçisi Rəhman Rəsulzadənin mentorluq etdiyi, AREA təlimçisi Emin Bayramov və Xəzər Universitetinin tələbəsi Məhəmməd Məmmədlidən ibarət komanda üzvləri “ROBOT SUMO” yarışı üzrə 18-23 yaş kateqoriyasında iştirak edib.

Qeyd olunub ki, 100-dən çox ölkədən nümayəndənin qatıldığı yarışda Azərbaycan ilk dəfə olaraq təmsil olunub və 7-ci yerə çıxaraq ilk onluğa düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR