Azərbaycan ilk dəfə NASA-nın dəstəyilə keçirilən robot yarışmasında təmsil olunacaq

Azərbaycan ilk dəfə NASA-nın dəstəyilə keçirilən robot yarışmasında təmsil olunacaq
# 23 fevral 2023 12:40 (UTC +04:00)

Azərbaycanın ilk robototexnika komandası bu ilin aprel ayında NASA-nın sponsoru olduğu beynəlxalq robot yarışmasında iştirak edəcək.

"APA-Economics" xəbər verir ki, 14-18 yaşlı məktəblilərdən ibarət 26 nəfərlik komanda beynəlxalq FRC (First Robotics Compotition) yarışmasında öz hazırladıqları robotları təqdim edəcək.
Robotun detalları, elektron hissələri, proqramlaşdırılma, dizayn və digər hər bir detalı komandanın müəllim və tələbə heyəti tərəfindən hazırlanıb.
Azərbaycan komandası robot yarışmasında #9030 adı ilə təmsil olunur. Dünyanın müxtəlif ölkələrindən 100-dən çox komandanın təmsil olunacağı yarışmada region ölkələri arasında yalnız Türkiyə və Azərbaycan iştirak edəcək.

Qeyd edək ki, hər il keçirilən FRC yarışmasında NASA ilə yanaşı, Apple, Google, Fedex kimi texnologiya şirkətləri əsas sponsorlar sırasında yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR