Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub
# 10 iyul 2019 15:28 (UTC +04:00)

Azərbaycan internetin sürətinə görə "Worldwide broadband speed league 2019" reytinqində ötən illə müqayisədə 6 pillə geriləyərək 141-ci yerdə qərarlaşıb.

"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, 207 ölkənin yer aldığı reytinqin ilk pilləsinə Tayvan layiq görülüb. 2018-ci ildə internetin sürəti 28,09 Mbps olan və 200 ölkə arasında reytinqdə 14-cü yeri tutan Tayvanda hazırda internetin sürəti 85,02 Mbps təşkil edir.

Siyahının ilk beşliyini Sinqapur (70,86 Mbps), Cersi (67,46 Mbps), İsveç (55,18) və Danimarka (49,19) bölüşürlər.

Azərbaycan ötən il bu siyahıda 2,56 Mbps sürətlə 135-ci yerdə qərarlaşmışdı. Bu il ölkədə internetin sürəti 3,03 Mbps-ə çatdırılsa da, ölkə reytinqdəki mövqeyini itirərək 141-ci olub.

Qeyd edək ki, siyahının son pillələrini Ekvatorial Qvineya (0,51 Mbps), Şərqi Timor (0,45 Mbps) və Yəmən (0,38 Mbps) bölüşürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR