Azərbaycan MDB üzvlərinə yükdaşıma üçün infrastrukturunu təklif edib

Azərbaycan MDB üzvlərinə yükdaşıma üçün infrastrukturunu təklif edib
# 08 iyun 2023 14:39 (UTC +04:00)

“Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması mühümdür”.

APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Rusiya Federasiyasının Soçi şəhərində MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

Baş nazir deyib ki, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin demək olar ki, hamısı ilə ikitərəfli əsasda sıx iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr getdikcə genişlənir.

Baş nazir qeyd edib ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb: “Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk dörd ayda biz qarşılıqlı ticarəti 22 faiz artırmağa nail olmuşuq. Mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığı artır”. “Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, - deyə Əli Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR