Azərbaycan mobil operatorunun aktiv abunəçi bazası 13% artıb

Azərbaycan mobil operatorunun aktiv abunəçi bazası 13% artıb
# 22 avqust 2019 14:33 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan mobil rabitə operatoru "Nar"-ın aktiv abunəçi bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona çatıb.

Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. "Nar"ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Hazırda 53 rayon 4G baza stansiyası ilə təmin edilib. Operatorun 4G istifadəçilərin sayı 96% artıb, şirkətin abunəçiləri arasında smartfon istifadəçilərinin sayı isə 17% çoxalıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon istifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə 15%, Bakı üzrə isə 18% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR