Azərbaycan mülki aviasiya təhlükəsizliyini gücləndirəcək

Azərbaycan mülki aviasiya təhlükəsizliyini gücləndirəcək
# 02 oktyabr 2019 13:07 (UTC +04:00)

Azərbaycan mülki aviasiyanın inkişaf templərinə görə regionda aparıcı ölkələrdən biridir.

APA-Economics”in məlumatına görə, bunu Dövlət Mülki Aviasiya Agentliyinin rəhbərinin müavini Hacıağa Əliyev Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika regionu üzrə bürosunun təşkilatçılığı ilə ICAO-nun Şərq, Orta Asiya, Avropanın Balkan və Baltikyanı ərazilərinin dövlətləri üçün VII Aviasiya Təhlükəsizliyi (AVSEC) və Formallıqların sadələşdirilməsi (FAL) üzrə regional seminarda mıxış edərkən deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda mülkü aviasiya sahəsi sürətlə inkişaf edir, hava nəqliyyatı ilə sərnişin və yükdaşımaların həcmində artım müşahidə edilir.

“Bu, aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşımızda yeni məqsədlər qoyur”, - deyə H. Əliyev əlavə edib.

O həmçinin qeyd edib ki, Azərbaycanda “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” 2012-ci ildə qəbul edilib və bu sahənin inkişafı üçün böyük işlər görülüb. Buna baxmayaraq, proqramın qəbul edilməsindən 7 ildən artıq vaxt keçib və hazırda ICAO-nun yeni tələblərinə əsasən, proqramda bəzi məqamların baxılmasına zərurət yaranıb.

Qeyd edək ki, BMT-nin ixtisaslaşmış qurumu olan ICAO bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilib. Təşkilat uçuşların, aviasiya təhlükəsizliyinin, səmərəliliyin, buraxılış qabiliyyətinin və ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün zəruri olan standartları və qaydaları müəyyən edir. Azərbaycan Respublikası 1992-ci ildən ICAO-nun üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR