Azərbaycanın nümayəndə heyəti "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

Azərbaycanın nümayəndə heyəti "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir
# 22 oktyabr 2019 12:46 (UTC +04:00)

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində "3-cü Tbilisi İpək Yolu Forumu: Qlobal Təsir üçün Tərəfdaşlıq" adlı beynəlxalq forum işə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, iki gün davam edəcək tədbirdə ölkəni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forumda müxtəlif panellər üzrə süni intellekt və onun qlobal iqtisadiyyatda rolu və təsirləri, nəqliyyat, enerji və ticarət kimi sahələrdə müzakirələrin aparılması nəzərdə tutulur. Forum çərçivəsində həmçinin "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının ümumi iclasının, "Nəqliyyat bağlantıları - İpək Yolu boyunca transformasiya", "Trans-Qafqaz Nəqliyyat Dəhlizinin tranzit və logistik imkanlarının artırılması" və "İpək Yolu Dialoqu" mövzularında tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Nazir R. Quluzadə "Nəqliyyat bağlantıları – İpək Yolu boyunca transformasiya", nazir müavini Elmir Vəlizadə isə "Avropaya qoşulma - Genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsinin inkişafı" adlı paneldə çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR