Azərbaycan poçtu itirilən sənədlərin statistikasını açıqlayıb

Azərbaycan poçtu itirilən sənədlərin statistikasını açıqlayıb
  • Clock-gray 16:30
  • calendar-gray 01 Noyabr 2019

"Azərpoçt" MMC-nin "Poçtap" xidmətində indiyədək 1 521 itirilmiş sənəd qeydə alınıb.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, qeydiyyata alınan sənədlərin 473-ü sahiblərinə çatdırılıb, 1 043-ü isə aidiyyəti qurumlara göndərilib. Tapılan sənədlərin 5-i “Azərpoçt”un filial və şöbələrində saxlanılır.

Qeyd edək ki, itirilmiş sənədlər "Poçtap" sistemində 30 gün saxlanıla bilər və bu dövrdən sonra müvafiq strukturlara göndərilməlidir. Sənədlər haqda məlumatlar xidmət operatoru tərəfindən itirilən sənədlərin məlumat bazasına daxil edilir. Sənəd tapılıbsa, sahibi bu barədə məlumatlandırılır və ona sənədi götürmək üçün hansı poçt şöbəsinə yaxınlaşa biləcəyi barədə bildiriş verilir. İtirilən sənədlər barədə məlumatı pochtap.az saytından əldə etmək olar.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date