Azərbaycan regionlarının qazlaşdırılması üçün dövlət büdcəsindən SOCAR-a 53,5 mln. manat ayrılıb

Azərbaycan regionlarının qazlaşdırılması üçün dövlət büdcəsindən SOCAR-a 53,5 mln. manat ayrılıb
# 18 iyul 2019 18:13 (UTC +04:00)

Regionlarda qazlaşdırılma tədbirlərinin davam etdirilməsi məqsədilə Azərbaycanın dövlət büdcəsindən SOCAR-a 53,5 mln. manat vəsait ayrılıb.

APA-Economics”in SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, bu il “Azəriqaz” ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb. Cari ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində mart-iyul aylarında qazlaşdırma tam başa çatıb və ümumilikdə 2 569 fərdi ev qazla təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR