Azərbaycan veb-saytlarının 2,4%-i fişinq hücumuna məruz qalır

Azərbaycan veb-saytlarının 2,4%-i fişinq hücumuna məruz qalır
# 03 sentyabr 2019 15:19 (UTC +04:00)

Azərbaycanın ".az" domenində qeydiyyatdan keçən saytlardan hər 42-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumuna məruz qalır. “APA-Economis”in xəbərinə görə, bu barədə "Netcraft" analitik şirkətin yaydığı məlumatında deyilir.

Qeyd edək ki, bu günə ".az" domenində qeydiyyatdan keçən saytların sayı 32 993 ədəd təşkil edir.

Şirkətin məlumatına əsasən, saytların 785-i fişinq hücumuna məruz qalıb ki, bu rəqəm milli domendə qeydiyyatdan keçən saytların 2,4%-ni təşkil edir.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 257, Rusiyada – 391, Belarusda – 575, Qazaxıstanda – 755, Özbəkistanda – 574, Qırğızıstanda – 261, Gürcüstanda – 190, Ermənistanda isə 205 sayta bir uğurlu fişinq hücumu düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR