Azərbaycan startapları yeni platforma çərçivəsində yerli investorlar tərəfindən maliyyələşdiriləcək

Azərbaycan startapları yeni platforma çərçivəsində yerli investorlar tərəfindən maliyyələşdiriləcək
# 25 sentyabr 2019 12:03 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim edilən yeni "Kickstarter" platformasında 50% uğur qazanan Azərbaycan startapları maliyyənin digər hissəsini yerli investorlar tərəfindən alacaqlar.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azexport.az portalının rəhbəri Zaur Qardaşov deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, startapların həm beynəlxalq səviyyədə tanınması və çıxışı təmin olunacaq, həm də onların layihələrinin icrası üçün lazım olan maliyyə təmin olunacaq: "Bu model çərçivəsində yerli startapların həm beynəlxalq bazarlara çıxarılmasına nail olacağıq, həm də yerli investorların onlara olan inamını artıracağıq və risk qiymətləndirilməsini bir növ xarici bazarların üzərinə qoyacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR