Azərbaycan ÜPİ-nin fövqəladə iclasında iştirak edəcək

Azərbaycan ÜPİ-nin fövqəladə iclasında iştirak edəcək
# 17 sentyabr 2019 18:02 (UTC +04:00)

Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) fövqəladə iclasında iştirak edəcək.

Bunu “APA-Economics”ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavininin sözlərinə görə, 24-26 sentyabr tarixində Cenevrədə keçiriləcək iclas çərçivəsində yalnız bir məsələ – poçt daşımalarının tariflərinə dair məsələ müzakirə olunacaq.

“İclas ABŞ-ın müraciəti əsasında Ümumdünya Poçt İttifaqı tərəfindən təyin olunan müəyyən tariflərinə yenidən nəzərdən keçirmək üçün çağırılır. Əks təqdirdə ABŞ bu təşkilatın üzvlüyündən çıxmaq niyyətində olduqlarını bildirib. Burada söhbət poçt göndərişlərin çatdırılma tariflərindən, xüsusən də kiçik həcmli göndərişlərə müəyyən edilən tariflərdən gedir”, - deyə E. Vəlizadə bildirib.

ABŞ tərəfi qiymətlərin artırılmasını onun üçün təklif edir ki, məhz elektron ticarətin inkişafı fonunda əlavə qazanc əldə edə bilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR