Azərbaycan və IFC nəqliyyat sektorunda əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və IFC nəqliyyat sektorunda əməkdaşlığı müzakirə ediblər
# 26 yanvar 2023 16:50 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə yeni təyin olunmuş direktoru xanım Rana Karadşeh ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, həmçinin aviasiya, hava limanları, dəmir yolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR