Azərbaycan və Özbəkistan arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan və Özbəkistan arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
# 15 oktyabr 2019 12:34 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Bakıda səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR