Azərbaycan və Rusiya alimləri Xəzərin dibinin öyrənilməsi istiqamətində elmi araşdırmalar aparacaq

Azərbaycan və Rusiya alimləri Xəzərin dibinin öyrənilməsi istiqamətində elmi araşdırmalar aparacaq
# 24 iyun 2019 15:34 (UTC +04:00)

Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Moskva Geoloji Kəşfiyyat İnstitutu ilə birgə Xəzərin dibinin öyrənilməsi istiqamətində elmi araşdırmalar aparacaq. Bu barədə "APA-Economics"ə RSXM-dən deyiblər.

Mərkəzdən bildiriblər ki, aparılacaq işlərə dair Azərbaycan tərəfindən anlaşma artıq imzalanıb, qarşı tərəfdən isə sənədin imzalaması Rusiyada iyulun 4-də gözlənilir.

"Ümumiyyətlə, layihə çərçivəsində kompleks işlərin aparılması nəzərdə tutulub. Belə ki, Xəzər dənizinin dibində, xüsusilə də neft-qaz yataqları yaxınlığında seysmotektonik, geodinamik proseslər, üfüqi hərəkətlər və digər təbii halların araşdırması nəzərdə tutulub", - deyə RSXM-dən əlavə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR