Azərbaycan və Rusiyanın poçt operatorları pulköçürmə sisteminin genişləndirilməsinə dair danışıqlar aparır

Azərbaycan və Rusiyanın poçt operatorları pulköçürmə sisteminin genişləndirilməsinə dair danışıqlar aparır
# 28 oktyabr 2019 12:49 (UTC +04:00)

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC "Rusiya Poçtu" ASC ilə Ümumdünya Poçt İttifaqının STEFI pulköçürmə sisteminin genişləndirilməsinə dair danışıqlar aparır.

Bunu "APA-Economics"ə "Azərpoçt"dan deyiblər.

Bildirilib ki, razılıq əldə olunduğu təqdirdə bu sistem üzərindən təkcə Rusiyanın paytaxtına deyil, eləcə də digər bölgələrinə də pul köçürmək mümkün olacaq.

"Hazırda STEFI üzərindən pul köçürmələr əsasən MDB ölkələrinə mümkündür. Sistemin Estoniya istiqamətində də işə salınacağı gözlənilir", - deyə "Azərpoçt"dan qeyd ediblər.

MMC-dən əlavə olaraq bildirilib ki, Rusiyadan Azərbaycana pulköçürmələr əsasən "Zolotaya Korona" üzərindən aparılır və məhz bu sistem üzərindən ölkəyə böyük vəsaitlər daxil olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR