Azərbaycan və Rusiya Samur çayının su ehtiyatlarının bölgüsü və monitorinqini müzakirə edib

Azərbaycan və Rusiya Samur çayının su ehtiyatlarının bölgüsü və monitorinqini müzakirə edib
# 18 iyun 2021 11:08 (UTC +04:00)

Azərbaycan və Rusiya arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü keçirilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov, Elxan Hüseynov və komissiyanın üzvləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Video-konfrans formatında keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR