“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu təkmilləşdiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu təkmilləşdiriləcək
# 07 dekabr 2022 18:10 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hüquqi-korporativ strukturunun təkmilləşdirilməsi və istiqraz buraxılışı nəzərdə tutulur.

APA-nın xəbərinə görə, bu barədə məsələ İnvestisiya Holdinqinin Müşahidə Şurasının bu gün keçirilən iclasında müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR