Azərbaycan zərərli maliyyə proqramı hücumlarına görə ilk onluqdadır

Azərbaycan zərərli maliyyə proqramı hücumlarına görə ilk onluqdadır
# 27 may 2022 17:59 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycan zərərli maliyyə proqramı hücumlarına məruz qalan TOP-10 ölkənin siyahısına daxil olub.

APA-Economics” “Kaspersky”nin hesabatına istinadən xəbər verir ki, Azərbaycan ölkələrin reytinqində 2% göstərici ilə 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu kateqoriya kiberhücumu üzrə ilk 10 ölkəyə Türkmənistan (4,5%), Əfqanıstan (4%), Tacikistan (3,9%), Yəmən (2,8%), Özbəkistan (2,4%), Çin (2,2%), Azərbaycan (2%), Mavritaniya (2%), Sudan (1,8%) və Suriya (1,8%) daxildir.

Ümumilikdə, bu ilin birinci rübündə “Kaspersky” həlləri tərəfindən 107 848 unikal istifadəçinin kompüterlərində bank hesablarından pul oğurlamaq üçün nəzərdə tutulan bir və ya bir neçə zərərli proqram təminatının işə salınmasının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR