Azərbaycanda mobil telefonların idxalı 23%-dən çox artıb

Azərbaycanda mobil telefonların idxalı 23%-dən çox artıb
# 14 iyun 2019 13:32 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycana 121 757 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına əsasən, mart ayı ilə müqayisədə idxalın artımı martda 23,3% təşkil edib. İdxal olunan məhsulların dəyəri aprel ayı üzrə 11 779,2 min ABŞ dolları təşkil edib ki, bu da mart ayının göstəricisi ilə müqayisədə 3,5% çoxdur.

"Bu ilin yanvar-aprel aylarında isə ölkəyə 354 068 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 55,7% təşkil edib. İdxal olunan məhsulların dəyəri 41 256,8 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-aprel aylarının göstəricisini 82,1% üstələyir", - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR