Azərbaycanda 106 yaşayış məntəqəsinin qazlaşdırılması aparılır

Azərbaycanda 106 yaşayış məntəqəsinin qazlaşdırılması aparılır
# 12 avqust 2022 11:50 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-iyul aylarında Azərbaycanda 329,2 km uzunluğunda yeni qaz xətləri çəkib.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Rəşad Cavadov qeyd edib ki, hesabat dövründə çəkilən qaz xətlərinin 37 km-i Bakı və Abşeronun, 292,2 km isə regionların payına düşüb.

Baş direktorun müavini onu da qeyd edib ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 116 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Proqrama uyğun olaraq 106 kənd və yeni yaşayış massivində işlərə artıq başlanılıb.

Avqustun 1-nə ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR