Azərbaycanda açıq məlumatlarla bağlı strategiya hazırlanır

Azərbaycanda açıq məlumatlarla bağlı strategiya hazırlanır
# 27 yanvar 2022 15:00 (UTC +04:00)

Azərbaycanda açıq məlumatlarla (Open data) bağlı konkret strategiya hazırlanır.

"APA-Economics" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətlə birbaşa olaraq nazirliyin yanında fəaliyyət göstərən “Azintelekom” MMC məşğuldur.

“Bu gün “Open data”nın mövcud olmaması hiss olunmaqdadır. Ölkənin təhrif olunmuş xəritələri ilə üz-üzəyik. Bu gün Ermənistan faktiki olaraq bizim coğrafi adlarımıza iddia edir. O məlumatlar əksər hallarda “OpenStreetMap”dən götürülür. "Siz niyə bizim qanuni ərazimizə erməni adları qoyursunuz?" deyə sual verdikdə cavab olaraq bildirilir ki, bizə düzgün məlumatlar verin, oradan inteqrasiya edək və məlumatları götürə bilək. “Open data”nın və düzgün xəritələrin olmaması bizi belə problemlərlə üzləşdirir”, - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR