Azərbaycanda “Android” istifadəçilərinə xəbərdarlıq edilib

Azərbaycanda “Android” istifadəçilərinə xəbərdarlıq edilib
# 25 iyul 2022 11:02 (UTC +04:00)

Azərbaycan istifadəçilərini gizli şəkildə pullu xidmətlərə abunə edən və şəxsi məlumatları ələ keçirən yeni zərərli proqramla bağlı xəbərdarlıq edilib.

“Kaspersky”dən “APA-Economics”ə verilən məlumata görə, belə troyanları Android platformalı cihaz istifadəçilərindən pul mənimsəməyin klassik üsullarından biri hesab olunur.
Artıq bir neçə ildir ki, onlar adi istifadəçilərin telefonuna sızaraq, faydalı proqramları imitasiya edir və gizli şəkildə pullu xidmətlərə abunə edirlər.
Çox vaxt, bu tip troyanlar istifadəçilərdən müxtəlif qanuni xidmətlər üçün gizli şəkildə ödənişlər aparırlar, bunun üçün isə kiberdələduzlar faiz əldə edirlər. Lakin bəzən bu zərərli proqramlar istifadəçiləri dələduzların öz “xidmətlərinə” qoşurlar. Zərərli proqram SMS və ya push bildirişlərinə giriş tələb edə bilər ki, bunun sayəsində abunəlik üçün təsdiq kodları ələ keçirilə bilər.

Daha sonra isə təsdiq kodu görünməz bir pəncərədə açılan abunə səhifəsinə yönləndirilir. Zərərli proqramlar Google Play vasitəsilə ucuz və “faydalı” proqramlar adı altında yayıla bilər, məsələn, video və ya foto redaktorlar, əlavə emojilərin quraşdırılması, şəxsi interfeys dizaynının yaradılması, sağlamlığa nəzarət üçün proqramlar, menyuların yaradılması, kalori miqdarının hesablanması və s. Bununla belə, ödəniş səhifəsini vərəqləyərək görmək olar ki, “xidmətə” giriş birdəfəlik ödənişlə deyil, avtomatik ödəniş qaydası ilə abunəliklə ilə təmin edilir.
“Hətta faydalı proqram belə təhlükə yarada bilər. Bu tələyə düşməmək üçün hər hansı xidmət haqqını ödəməzdən əvvəl, nə qədər uzun olsa da, həmişə istifadəçi müqaviləsini oxumaq tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR