Azərbaycanda "Android" və "Windows" əməliyyat sistemlərinin bazar payları azalıb

Azərbaycanda "Android" və "Windows" əməliyyat sistemlərinin bazar payları azalıb
# 03 iyul 2019 17:59 (UTC +04:00)

Bu ilin iyun ayında “Android” əməliyyat sisteminin Azərbaycan bazarında payı may ayı ilə müqayisədə 8,2 faiz bəndi artıb.

APA-Economics”in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, iyul ayının 1-nə “Android”in ölkənin əməliyyat sistemi bazarında olan payı 50,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 4,1 faiz bəndi azdır.

Son bir ay ərzində “Microsoft Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 10,1 faiz bəndi azalaraq iyul ayının birinə 34,3% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 2,2 faiz bəndi çoxdur. “Microsoft”un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 7,6% bazar payı ilə “iOS” əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin iyun ayında may ayı ilə müqayisədə 2,3 faiz bəndi, azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 21,8 faiz bəndi artıb.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: naməlum əməliyyat sistemləri – 3,5%, OS X – 3,08%, “Linux” – 0,6% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR